İrəvanda hökumət binasını ələ keçirmək istəyənlər tutuldu

 İrəvanda hökumət binasını ələ keçirmək istəyənlər tutuldu
  29 Yanvar 2021    Oxunub:1911
Ermənistan hökumətinin binasını ələ keçirməyə cəhd edən beş nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 28 yanvar saat 17:00 radələrində mitinq zamanı bir qrup şəxs icra orqanının binasını ələ keçirməyə çalışıb. Faktla əlaqədar olaraq İstintaq Komitəsində cinayət işi açılıb. İlkin istintaq davam edir.

Xatırladaq ki, dünən Ermənistanın Respublika meydanında baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilib. Etirazçılar hökumət binasına soxulmağa çalışsalar da, buna nail olmayıblar. Polis binanın bütün girişlərini bağlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İrəvan   Paşinyan  





Xəbər lenti