“Baharın on yeddi anı”nın generalı koronavirusdan ölüb

“Baharın on yeddi anı”nın generalı koronavirusdan ölüb
  29 Yanvar 2021    Oxunub:2016
Rusiyanın məşhur kino aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, koronavirusa yoluxan 87 yaşlı aktyor müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Vasili Lanovoy kino sahəsinə 1954-cü ildə “Kamal attestatı” filminin qəhrəmanı Valentin Listovskin rolunu canlandırmaqla qədəm qoyub.

O, daha sonra “Polad necə bərkidi” filmində Pavel Korçagin, “Al yelkənlər”də Artur Qrey, “Həmkarlar”da Aleksey Maksimov, “Hərb və sülh”də Anatol Kuraqin rollarını ifa edib. 1967-ci ildə “Anna Karenina” filmində keçmiş həyat yoldaşı Tatyana Samoylova ilə tərəf müqabili olub. 1973-cü ildə “Baharın on yeddi anı” filmində general Volf rolunu canlandırıb.



Azvision.az


Teqlər: Aktyor  





Xəbər lenti