Pentaqon Trampın təyinatlarına baxılmasını dayandırdı

Pentaqon Trampın təyinatlarına baxılmasını dayandırdı
  29 Yanvar 2021    Oxunub:1632
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) keçmiş prezident Donald Trampın məsləhət şurasına bir sıra təyinatlarının baxılmasını dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, təyinatların siyasi motivli olub-olmadığı müəyyənləşdirilir.

Qeyd edilib ki, Tramp administrasiyası tərəfindən təklif edilən namizədlərə baxılmanın dayandırılması yalnız and içməmiş və ya lazımi sənədləri doldurmamış şəxslərə aiddir.

Xüsusilə, Trampın 2016-cı ildəki kampaniyasının meneceri Kori Levandovski və seçki qərargahının keçmiş müşaviri David Bossi müvəqqəti olaraq müdafiə nazirinə məsləhətverən qruplarda işləmək imkanından məhrum ediliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti