Nobel mükafatçısı vəfat edib

 Nobel mükafatçısı vəfat edib
  29 Yanvar 2021    Oxunub:1554
Kimya üzrə Nobel mükafatçısı Paul Krutsen 87 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə alimin 20 il çalışdığı Almaniyanın Mayns şəhərindəki Kimya İnstitutu məlumat yayıb.

Krutsen Niderlandda anadan olub. Ölüm səbəbinin uzun müddət davam edən xəstəlik olduğu bildirilib.

O, həmkarları ilə birlikdə azot oksidlərinin Yerin ozon qatına təsirini öyrəndiyinə görə Nobel mükafatına layiq görülüb. Alim, həmçinin insan fəaliyyətinin ətraf mühitə təsirini araşdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kimya  





Xəbər lenti