Obamanın keçmiş müşaviri İran üzrə xüsusi elçi olacaq

Obamanın keçmiş müşaviri İran üzrə xüsusi elçi olacaq
  29 Yanvar 2021    Oxunub:1429
ABŞ prezidenti Cozef Bayden sabiq həmkarı Barak Obamanın Yaxın Şərq üzrə müşaviri olmuş Robert Mallini İran üzrə xüsusi elçi vəzifəsinə təyin etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı yaxın günlərdə açıqlama verilə bilər.

Ağ Ev daha əvvəl Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etmək niyyətini açıqlayıb. Tehran isə danışıqların aparılmasının İranın planlarına daxil olmadığını və bu istiqamətdə irəliləmənin sanksiyaların ləğvi də daxil olmaqla Vaşinqtonun praktik addımlarından asılı olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   ABŞ   Bayden  





Xəbər lenti