Xəzər dənizində zəlzələ olub

 Xəzər dənizində zəlzələ olub
  29 Yanvar 2021    Oxunub:3341
Yanvarın 28-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 21:06-da qeydə alınıb.

Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.5, dərinliyi 60 km olub.

Azvision.az


Teqlər: Xəzər   Zəlzələ  





Xəbər lenti