İrəvanda polislə qarşıdurma: Paşinyanın əleyhdarları saxlanıldı

      İrəvanda polislə qarşıdurma:    Paşinyanın əleyhdarları saxlanıldı
  29 Yanvar 2021    Oxunub:2898
Bu gün Ermənistanda hökumət binasının qarşısında polis əməkdaşları ilə baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında qarşıdurma yaşanıb.
Azvision.az xəbər verir ki, bir qrup etirazçı hökumət binasına girməyə cəhd edib. Polis əməkdaşları aksiya iştirakçılarının qarşısını alıb. Tərəflər arasında toqquşma baş verib. Nəticədə etirazçılardan bəziləri saxlanılıb.

Artıq aksiya başa çatıb. İlkin məlumatda 26 nəfərin saxlanıldığı bildirilib.



Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti