“Hazırda Ermənistanın ordusu yoxdur” - Ovanisyan

“Hazırda Ermənistanın ordusu yoxdur” -  Ovanisyan
  28 Yanvar 2021    Oxunub:2909
“Hazırda ordumuz yoxdur. Ona görə də silahlı qüvvələr günü münasibətilə ordunu təbrik etməyəcəm”.
Azvision.az xəbər verir ki, bunu "Analitik.am" saytının baş redaktoru Ani Ovanisyan deyib. O bildirib ki, indi ermənilərin ordusu mövcud deyil və olmayan şeyi də təbrik etməzlər.

Ovanisyan, həmçinin qeyd edib ki, müharibənin ilk günündən onu narahat edən bir sual olub. Necə oldu ki, rəhbərlik “güclü” ordu üçün heç nə etmədi. Jurnalist daha sonra bildirib ki, ola bilsin, bunun obyektiv səbəbləri var:

“Səbəbi bilmirəm, amma bu baş vermədi. İstənilən halda bizdə olmayan şeyi təbrik edib, özümüzü aldatmayaq. Biz özümüzü aldatmaqla faciəvi nöqtəyə gəlib çıxdıq".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ordu   Erməni  





Xəbər lenti