Kann festivalının vaxtı dəyişdirildi

Kann festivalının vaxtı dəyişdirildi
  28 Yanvar 2021    Oxunub:2288
Bu ilin may ayında keçirilməli olan Kann film festivalı iyulda baş tutacaq.
Azvision.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.

"Mayın 11-dən 22-dək keçirilməsi planlaşdırılan Kann beynəlxalq kinofestivalı 6-17 iyul aralığında keçiriləcək", - deyə festivalın "Twitter"dəki hesabında bildirilib.

Qeyd edək ki, ənənəvi festival Fransanın cənubunda yerləşən Kann şəhərində təşkil edilir. Əsas mükafat Qızıl Palma Budağıdır. Kann kinofestivalı ilk dəfə 1946-cı ildə keçirilib.

Azvision.az


Teqlər: Kannkinofestivalı  





Xəbər lenti