Rusiya XİN ABŞ-a etiraz notası verdi

Rusiya XİN ABŞ-a etiraz notası verdi
  28 Yanvar 2021    Oxunub:2570
Rusiya Xarici İşlər Naziriliyi ABŞ səfirliyinə etiraz notası təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Amerika rəqəmsal platformalarında Rusiya barədə həqiqəti əks etdirməyən məlumatların kütləvi şəkildə yayılması müşahidə olunur. Bu məlumatların koordinasiyalı şəkidə yayılmasında ABŞ-ın Rusiyadakı səfirliyinin də əməyi var”, -deyə nazirliyin açıqlamasında bildirilib.

XİN hesab edir ki, ABŞ sosial şəbəkələrinin cavabdeh şəxsləri yalan kontent yaymaqla, demokratik dəyərlər və beynəlxalq informasiya sistemini təhlükə altında qoyur.

Azvision.az


Teqlər: ABŞ   Rusiya   Səfirlik  





Xəbər lenti