Ukraynada Leninin sonuncu heykəli söküldü

Ukraynada Leninin sonuncu heykəli söküldü
  28 Yanvar 2021    Oxunub:2576
SSRİ-nin qurucusu Vladimir Leninin Ukraynadakı son heykəli uçurulub.
Azvision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən “Svitanok” ictimai təşkilatının rəhbəri Vadim Pozdnyakov bildirib.

“Leninin Odessa vilayətinin İzmail rayonunun Starıye Troyanı kəndində yerləşən heykəli sökülüb”, - Pozdnyakov deyib.

Qeyd edək ki, Ukraynada kommunizmin təbliği rəsmən qadağan edilib.

Azvision.az


Teqlər: Ukrayna   Lenin  





Xəbər lenti