Muzdla çalışanların sayı 1,6 milyon nəfərə çatıb

Muzdla çalışanların sayı 1,6 milyon nəfərə çatıb
  27 Yanvar 2021    Oxunub:2386
Ötən il dekabrın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 684,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 917,8 min nəfər, qeyri-dövlət sektorunda isə 766,7 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 650,6 min nəfər çalışıb.

Azərbaycandan keçən yükdaşımaların həcmi açıqlanıb
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,8 faizi tikintidə, 7,7 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar. 2020-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 139 saat təşkil edib.

Azvision.az


Teqlər: Statistika   Fəal   İşçi  





Xəbər lenti