“Azərbaycana getmək istəyirəm” - Mesut Özil

 “Azərbaycana getmək istəyirəm” -    Mesut Özil
  27 Yanvar 2021    Oxunub:3921
Qismət olarsa, Azərbaycana getmək istəyirəm.
Azvision.az xəbər verir ki, bunu “Fənərbağça” klubunun yeni transferi Mesut Özil deyib.

“Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyirəm. Təkcə oradakı fənərbağçalılara deyil, bütün Azərbaycana salam göndərirəm”, - deyə məşhur futbolçu yeni komandası ilə müqavilənin imzalanma mərasimində bildirib.

Qeyd edək ki, M.Özil “Fənərbağça” klubu ilə 3,5 illik müddətə müqavilə imzalayıb.

Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” klublarında çıxış edib.

Futbolçu 2013-cü ildən “Arsenal”ın heyətində yer alıb. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub.

Azvision.az


Teqlər: Mesut-Özil  





Xəbər lenti