Ermənilərin etirazla qarşıladığı dəvətsiz “qonaq”

Ermənilərin etirazla qarşıladığı dəvətsiz “qonaq”
  27 Yanvar 2021    Oxunub:2372
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Aram Xaçaturyan adına konsert salonuna dəvətsiz gedib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Akopyan dəvətsiz qonaq kimi gözlənilmədən salonda peyda olub.

Ermənistan dövlət simfonik orkestrindən məlumatı tədiqləyiblər. Bildirilib ki, baş nazirin həyat yoldaşına dəvətnamə göndərilməyib.

Xatırladaq ki, sözügedən konsert salonunda Ermənistanın dövlət simfonik orkestrinin 15 illiyi münasibətilə tədbir keçirilib. Anna Akopyan tədbirdə görünən zaman məşhur erməni teleaparıcı Lika Tumanyan zalı tərk edib. Onunla bərabər bir qrup tamaşaçı etiraz edərək salondan uzaqlaşıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Akopyan  





Xəbər lenti