Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir
  27 Yanvar 2021    Oxunub:2744
Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” yazıb.

“Söhbət ondan gedir ki, Qarabağa dair 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra, hakimiyyətin səhvlərindən danışan yeganə məmur Tatoyandır. Bu isə hakimiyyətin xoşuna gəlmir", - deyə nəşr qeyd edib.

Məlumata görə, hakim fraksiya Ədliyyə nazirliyi ilə birlikdə Tatoyanın könüllü olaraq istefasını təmin etməyə çalışır.

Pərvaə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ombudsman  





Xəbər lenti