Mirzoyan Rusiya səfiri ilə Qarabağı müzakirə edib

Mirzoyan Rusiya səfiri ilə Qarabağı müzakirə edib
  27 Yanvar 2021    Oxunub:2948
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Rusiyada ağır qəza: 7 ölü
Ararat Mirzoyan iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin vacibliyini vurğulayıb, Rusiya tərəfinin Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında, eləcə də humanitar problemlərin aradan qaldırılmasında fəal iştirakını yüksək qiymətləndirib.

O, erməni "əsirlərin" geri qaytarılmasının Ermənistan tərəfi üçün gündəmdə ən vacib məsələ olaraq qaldığını deyib.

Mirzoyan Rusiya tərəfinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını yerinə yetirmək üçün vasitəçilik səylərini davam etdirəcəyinə əminliyini bildirib.

Səfir Kopırkin rus sülhməramlıları və humanitar mərkəzin gördüyü işlərdən söz açıb. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh danışıqlarını davam etdirmək lazımdır.

Xatırladaq ki, yanvarın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib. Onlar diversiya və terror aktları törətmək məqsədilə Azərbaycan ərazisinə yeridilib. Erməni tərəfi onları “hərbi əsir” olaraq təqdim etməyə çalışır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti