“Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir” - Zərif

  27 Yanvar 2021    Oxunub : 2048
 “Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir” -  Zərif
Ermənistan da daxil olmaqla, bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və milli suverenliyi İran üçün əhəmiyyət kəsb edir.
Azvision.az İran Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bunu nazir Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla İrəvanda görüşü zamanı bildirib.

O, Ermənistan hökuməti və baş nazir Nikol Paşinyanın gələcəyə doğru addımlamaq qərarlarını cəsarətli hərəkət kimi qiymətləndirib.

Zərif bölgədəki son qarşıdurma zamanı verilmiş insan itkilərindən təəssüfləndiyini dilə gətirib, İranın bu mövzuda hər cür yardım və səy göstərməyə hazır olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Zərif