Mayk Pens və həyat yoldaşı evsiz qaldı

 Mayk Pens və həyat yoldaşı evsiz qaldı
  27 Yanvar 2021    Oxunub:2779
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və həyat yoldaşı evsiz qalıb.
Azvision.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb.

Məlumata görə, çütlük Vaşinqtondan ayrılaraq doğma ştatlarına qayıtdıqdan sonra evsiz qalıblar və dostları ilə yaşamağa məcbur olublar.

Bir mənbənin dediyinə görə, Pens ailəsi İndiana ştatına qayıtdıqdan sonra qubernator Erik Holkombun adətən istirahət üçün istifadə etdiyi kottecdə yaşayıb. Lakin, Pensə yaxın iki respublikaçı onların hazırda sabiq vitse-prezidentin Kolumbusdakı qardaşının yanında qaldıqlarını deyib.

"Onun evi yoxdur, yaşamaq üçün heç yeri yoxdur", - keçmiş prezident Donald Trampın müşavirlərindən biri söyləyib.

61 yaşlı Pens son səkkiz il ərzində İndiana ştatında daşınmaz əmlaka sahib olmayıb.
Bu dövrdə əvvəlcə İndiananın qubernatoru, daha sonra ABŞ-ın vitse-prezidenti kimi rəsmi iqamətgahlarda yaşayıb.

Nəşr qeyd edir ki, keçmiş vitse-prezidentin harada qaldığı barədə dəqiq məlumatların olmaması onun həyatı üçün təhlükə ilə əlaqədardır. Prezident seçkilərinin Konqresdə təsdiqlənməsinə mane olmaqdan imtina etdikdən sonra Pens Tramp tərəfdarlarının təhdidləri ilə üzləşib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MaykPens  





Xəbər lenti