3 ayaqlı çəpiş doğuldu

3 ayaqlı çəpiş doğuldu
  18 Fevral 2014    Oxunub:5961
Azərbaycanda qeyri-adi hadisə baş verib.
Qax rayonunda qeyri-adi hal baş verib. AzVision.az S-ə istinadən xəbər verir ki, üçəm doğulan keçi balalarından biri, 3 ayaqlı doğulub. Ay yarımdır ki, doğulan çəpiş digər keçi balalarından sağlamlığına və çevikliyinə görə heç də geri qalmır.

3 ayaqlı çəpişin doğulması Qax rayonunun Qındırğa kəndində Ərəbov Elxana məxsus təsərrüfatda baş verib. Elxan Ərəbovun həyətindəki keçilərdən biri üçəm çəpiş doğub. Doğuş zamanı iki çəpiş normal doğulub. Çəpişlərin üçüncüsü isə üç ayaqlı dünyaya gəlib. Sağ arxa ayağından məhrum doğulan çəpişi təsərrüfat sahibi digər qoyun-quzudan və keçilərdən ayırıb, ona tək qulluq göstərib. Əvvəllər zəif təsir bağışlasa sonradan keçi balası normal çəpişlər kimi yeriməyə, inkişaf etməyə başlayıb. Elxan Ərəbov belə halın 3-4 il öncədə baş verdiyini, ancaq 3 ayaqlı doğulan çəpişin sadəcə bir neçə gün yaşadığını söyləyib. Təsərrüfat sahibinin bildirdiyinə görə, çəpişin anormal doğulmasın və 1 aydan artıq digər keçi balaları kimi normal inkişaf etməsi onun özü üçün də maraqlıdır.


Teqlər:





Xəbər lenti