“Çelsi”nin yeni baş məşqçisi məlum oldu

  26 Yanvar 2021    Oxunub : 2466
“Çelsi”nin yeni baş məşqçisi məlum oldu
Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni məşqçi ilə 1,5 il müddətinə müqavilə imzalanıb. Tomas Tuxel bu vəzifədə Frenk Lempardı əvəz edəcək.

Qeyd edək ki, "Çelsi" komandası cari mövsümdə 19 turun nəticəsinə əsasən, 29 xalla turnir cədvəlində 9-cu sırada qərarlaşıb.

Azvision.az

Teqlər: Çelsi