Naxçıvanda sənaye məhsulu istehsalı artıb

Naxçıvanda sənaye məhsulu istehsalı artıb
  26 Yanvar 2021    Oxunub:2487
2020-ci ildə muxtar respublikada 1 milyard 40 milyon 475 min manatdan artıq sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, sənaye məhsulu istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,4 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2020-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 138 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 42 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2020-ci ildə 18 milyon 561 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 69,6 faiz çoxdur.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ildə 325 milyon 362 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Sənaye  





Xəbər lenti