Qızıl və gümüşün satışı vergidən azad olunur

   Qızıl və gümüşün satışı vergidən azad olunur
  26 Yanvar 2021    Oxunub:2475
Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Həmçinin, Azərbaycana idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il vergidən azad olunacaq.

Vergidən azadetmə 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qızıl   Gümüş   Vergi  





Xəbər lenti