Naxçıvanda orta aylıq əmək haqqı 531 manat olub

Naxçıvanda orta aylıq əmək haqqı 531 manat olub
  26 Yanvar 2021    Oxunub:1860
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2020-ci ildə muxtar respublikada sahibkarlara 37 milyon 676 min manat kredit verilib. Verilmiş kreditin 16 milyon 860 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20 milyon 816 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 37 hüquqi və 2404 fiziki şəxs qeydiyyata alınıb.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

2020-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 531,7 manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 11,9 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Sahibkarlıq  





Xəbər lenti