Nazirliyin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub

Nazirliyin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
  26 Yanvar 2021    Oxunub:1464
2020-ci ilin IV rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i 733 zəng qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, daxil olan zənglərin 359-u elektrik enerjisi təchizatı, 147-i qaz təchizatı, 43-ü sayğaclaşdırma, 30-u mərkəzi istilik sistemi, 117-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 36-nı təşəkkür xarakterli, 1-ni isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Ümumilikdə 2020-ci ildə isə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i 2 566 zəng qəbul edib. Bu zənglərin 1 468-i elektrik enerjisi təchizatı, 302-i qaz təchizatı, 180-i elektrik və qaz sayğaclarının quraşdırılması, 37-i mərkəzi istilik sistemi, 377-i isə digər məsələlərlə bağlı olub. Zənglərin 176-nı təşəkkür xarakterli, 26-nı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) “974” “Çağrı mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı, www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Azvision.az


Teqlər: Energetika  





Xəbər lenti