Boks üzrə dünya kuboku təxirə salındı

Boks üzrə dünya kuboku təxirə salındı
  26 Yanvar 2021    Oxunub:2655
Rusiyada keçiriləcək boks üzrə komanda dünya kuboku koronavirus pandemiyası səbəbindən 2022-ci ilə təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) mətbuat xidməti məlumat yayıb.

Moskvanın turnirin final mərhələsinə ev sahibliyi edəcəyi bildirilib.

Qeyd edilib ki, əvvəlcə yarışın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu.

AIBA-nın prezidenti Umar Kremlyev koronavirus pandemiyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və həkimlərlə əlaqə saxladıqlarını deyib. Onun sözlərinə görə, məhz idmançıların sağlamlığını qorumaq üçün turnirin 2022-ci ilə təxirə salınması qərara alınıb.

Azvision.az


Teqlər: Boks  





Xəbər lenti