“Fənərbaxça” 3 qolla 3 xal qazandı

 “Fənərbaxça” 3 qolla 3 xal qazandı
  26 Yanvar 2021    Oxunub:3291
Türkiyə Super Liqasında XXI tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son günündə 3 görüş keçirilib.

Belə ki, “Kasımpaşa”-“Sivasspor” duelindən birincilər qalib ayrılıb. “Alanyaspor” - “Ankaragücü” matçında isə qapılara 7 qol vurulub. Yekunda Alanya təmsilçiləri qələbəyə sevinib.

Çempionluğa iddialı olan “Fənərbaxça” doğma meydan “Kayserispor”u qəbul edib. Görüşdə “Fənərbaxça” böyükhesablı qələbə qazanıb.

“Kasımpaşa” – “Sivasspor” – 2:0
“Alanyaspor” – “Ankaragücü” – 4:3
“Fənərbaxça” – “Kayserispor” – 3:0


Azvision.az


Teqlər: “Fənərbaxça”  





Xəbər lenti