“Sabah” “Kəpəz”ə məğlub oldu

  25 Yanvar 2021    Oxunub : 2619
“Sabah” “Kəpəz”ə məğlub oldu
Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, “Sabah” klubu doğma meydanda “Kəpəz”i qəbul edib.

“Bank Respublika Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ölkə kubokunun səkkizdəbir final mərhələsinin digər oyunlarında “Səbail” öz meydanında “Zaqatala”nı (3:2), “Qəbələ” səfərdə “Turan Tovuz”u (2:0), “Zirə” isə “Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.

Azvision.az

Teqlər: Sabah   Kəpəz