Mesut Özil rəsmən "Fənərbaxça"da

Mesut Özil rəsmən "Fənərbaxça"da
  25 Yanvar 2021    Oxunub:2015
Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Mesut Özillə müqavilə bağlayıb.
Azvision.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 3.5 illik müqavilə imzalayıb. O, imza mərasimindən sonra yeni komandası ilə ilk məşqinə çıxıb.

Türkiyə mətbuatının yaydığı məlumata əsasən, Özil bu müddət ərzində 15 milyon avrodan çox qazanc əldə edəcək.

Xatırladaq ki, türk əsilli futbolçu son olaraq "Arsenal" klubunda çıxış edib. O, "Fənərbaxça"ya azad agent statusu ilə keçib.

Azvision.az


Teqlər: Mesut-Özil  





Xəbər lenti