Yunis Hüseynov istefa verdi

 Yunis Hüseynov istefa verdi
  24 Yanvar 2021    Oxunub:4022
"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Bildirilib ki, Y. Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Onun istefası qəbul olunub.

55 yaşlı mütəxəssis “Keşlə” futbol klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib və kluba uğurlar arzulayıb.

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda “Keşlə”nin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşıb.

Azvision.az


Teqlər: Keşlə  





Xəbər lenti