Azərbaycan kubokunda yeni mövsüm başlayır

Azərbaycan kubokunda yeni mövsüm başlayır
  24 Yanvar 2021    Oxunub:1579
Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilir.
Azvision.az xəbər verir ki, turnirin açılış oyunu Bakıda keçiriləcək.

“Səbail” klubu “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkəcək. Premyer Liqada autsayderlər mövqeyində qərarlaşan “Səbail” aşağı dəstə təmsilçisi önündə favoritdir.

Cütün qalibi növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.

Azvision.az


Teqlər: Kubok  





Xəbər lenti