"Nə oldu Paşinyan, Şuşanın sağlığına içirdin?" - Erməni deputat

   "Nə oldu Paşinyan, Şuşanın sağlığına içirdin?" -   Erməni deputat
  23 Yanvar 2021    Oxunub:6524
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanın Şuşa haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Azvision.az xəbər verir ki, o ölkə rəhbərinə sonda azərbaycanlıların dilində əzbərə çevrilən məşhur sualı da verib:

“Deməli Şuşa Azərbaycan şəhəridir? Utanmaz, hələ 2017-ci ildə, yazıq bir deputat olan zaman spiker Ara Babloyanın rəhbərliyi ilə Qarabağa getmişdiniz. Bəs niyə onda eyni masada oturub Şuşanın tutulmasının sağlığına içirdin? Аx Paşinyan, sənə nə oldu axı belə? Yaxud da, "bəs nə oldu Paşinyan?".

Xatırladaq ki, iki gündür baş nazir Nikol Paşinyanın Şuşa haqqında səsləndirdiyi və həqiqəti əks etdirən fikirlər erməni cəmiyyətində qıcıq yaradıb. O, parlamentdəki “hökumət saatı”nda danışıqlar prosesi zamanı azərbaycanlı qaçqınların Şuşaya qayıtmayacağı variantının olmadığını söyləmişdi. Baş nazir bildirib ki, Şuşada yaşayanların 90 faizdən çoxu azərbaycanlı olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Paşinyan   Erməni-deputat  





Xəbər lenti