“Dostluq” yatağında nə qədər neft və qaz var? - Açıqlama

 “Dostluq” yatağında nə qədər neft və qaz var? -  Açıqlama
  22 Yanvar 2021    Oxunub:2600
Yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə olmalqa yanaşı, eyni zamanda hər iki ölkənin dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Dostluq” yatağında kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində strart verilsə də sonradan iki ölkə arasında yatağın işlənməsi barədə müzakirələr başlandı:

"İlkin qiymətləndimələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kub metr mavi qaz var. Bu isə yataqda kifayət qədər böyük enerji resurslarının olmasından xəbər verir. Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların həcminin daha da çox olacağı gözləniləndir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli şəkildə töhvə verəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dosluq   Yataq   Ekspert   Deputat   Vüqar-Bayramov  





Xəbər lenti