500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - RƏSMİ

   500 manatlıq pul nişanı tədavülə buraxılmayıb -    RƏSMİ
  22 Yanvar 2021    Oxunub:3192
Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı"nın təsvirləri yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

"Konstitusiya və “Mərkəzi Bank haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata keçirir. 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə çağırırıq", - deyə qurum bəyan edib.



Azvision.az


Teqlər: MərkəziBank  





Xəbər lenti