Tikinti materiallarının istehsalı azalıb

Tikinti materiallarının istehsalı azalıb
  21 Yanvar 2021    Oxunub:931
Ötən il tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 718,9 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 0,1 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, il ərzində tikinti gipsinin istehsalı 64,6 faiz, tikinti kərpicinin istehsalı 10,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5 faiz artıb.

Betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 5,3 faiz, sementin istehsalı 7,5 faiz, tikinti əhənginin istehsalı 23,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 38,7 faiz, asfaltın istehsalı isə 57,8 faiz azalıb.

Azvision.az


Teqlər: DSK   Statistika  





Xəbər lenti