"Nar" müharibə veteranları üçün xüsusi güzəştlər təqdim edir

"Nar" müharibə veteranları üçün xüsusi güzəştlər təqdim edir
  21 Yanvar 2021    Oxunub:2110
“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəştlər təqdim edib.
Xüsusi güzəştlərdən faydalanmaq üçün 21 yanvar tarixindən etibarən “Nar” mərkəzlərindən birinə yaxınlaşaraq müvafiq sənədi təqdim etmək kifayətdir. Əlavə məlumatı mobil operatorun nar.az veb-səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, “Nar” torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi dövrdə bir çox sosial əhəmiyyətli layihələr həyata keçirib, cəbhəyanı bölgələrdə yaşayan şəxslərə dəstək olub. Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş bütün müharibə iştirakçılarına hər zaman minnətdar olacağıq!

Azvision.az


Teqlər: Nar  





Xəbər lenti