Valyuta hərracında 67,4 mln. dollar cəlb edilib

Valyuta hərracında 67,4 mln. dollar cəlb edilib
  21 Yanvar 2021    Oxunub:1525
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Azvision.az -ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 67,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 yanvar 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 1,5% və ya 1 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az


Teqlər: Dollar  





Xəbər lenti