“Yuventus” İtaliya Super Kubokunun qalibi oldu

“Yuventus” İtaliya Super Kubokunun qalibi oldu
  21 Yanvar 2021    Oxunub:2294
İtaliya A Seriyasının Super Kubok görüşü keçirilib.
Azvision.az xəbər verir ki, “Mapei” stadionunda baş tutan görüşdə “Yuventus” əzəli rəqibi “Napoli” ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib qapısına 2 dəfə yol tapan “Yuventus” görüşdən qalib ayrılıb. Qolları Kriştiano Ronaldo və Alvaro Morata vurub.

Qeyd edək ki, “Yuventus” tarixində 9-cu dəfə İtaliya Super Kubokunun qalibi olub.

Azvision.az


Teqlər: İtaliya   Super   Kubok   Yuventus   Napoli  





Xəbər lenti