“Qalatasaray” darmadağınla qalib gəldi

“Qalatasaray” darmadağınla qalib gəldi
  21 Yanvar 2021    Oxunub:3423
Türkiyə Super Liqasında XX turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun ikinci günündə 3 oyun keçirilib.

Çempionluğa iddialı olan “Qalatasaray” klubu autsayder “Dənizlispor”u qəbul edib. Maraqlı epizodlarla yadda qalan görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsilə yekunlaşıb.

Fatih Terimin komandası bu qələbə sayəsində lider “Beşiktaş”la xal fərqini ikiyə endirib. Hazırda “Qalatasaray” 36 xala sahibdir.

Türkiyə Super Liqasında bu gün keçirilən matçların nəticələri:

“Hatayspor” – “Yeni Malatyaspor” – 1:2
“Rizəspor” – “Qaziantep” – 3:0
“Qalatasaray” – “Dənizlispor” – 6:1


Azvision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti