Teleradio yayımı ilə bağlı qanunvericilik təkmilləşdirilir

  18 Yanvar 2021    Oxunub : 1309
Teleradio yayımı ilə bağlı qanunvericilik təkmilləşdirilir
Milli Televiziya və Radio Şurası (MTRŞ) 2020-ci il ərzində televiziya və radio yayımı ilə bağlı Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq layihələr hazırlanıb və aidiyyatı qurumlar qarşısında təkliflərlə çıxış edib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Məlumata görə, bu məqsədlə Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi qabaqcıl Avropa ölkələrinin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və Rusiya Federasiyasının bu sahədə olan qanunvericilik yeniliklərini öyrənib, Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla bu yenilikləri ehtiva edən layihələr təqdim olunub.

Azvision.az

Teqlər: MTRŞ