Ən çox ixrac əməliyyatları yanvarda aparılıb

Ən çox ixrac əməliyyatları yanvarda aparılıb
  18 Yanvar 2021    Oxunub:2198
Ötən il Azərbaycanda ən çox ixrac əməliyyatları yanvar ayında aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, 2020-ci ildə ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib.

Qeyd edək ki, keçən il ölkədə ixracın dəyəri 13 milyard 740,5 milyon dollar olub.

Azvision.az


Teqlər: İxrac  





Xəbər lenti