Bulvardakı qan izlərinin sirri açılıdı

Bulvardakı qan izlərinin sirri açılıdı
  16 Fevral 2014    Oxunub:1329
Bulvar ərazisindən Xəzər dənizinə axıdılan qırmızı mayenin qan olduğu təsdiqlənib.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov ANS PRESS-ə açıqlamasında, dənizə axıdılan qanın qəssabxanalarda kəsilən mal-qaranın qanı olduğunu söyləyib: “Bizim ilkin məlumatlarımıza görə, bu qan qəssabxanalardan və müxtəlif heyvan kəsilən yerlərdən axıdılan qandır. Biz nümunə götürmüşük. Sabah nümunələr təhlil olunacaq. Götürülən qanın bütün parametrləri təstiq olunandan sonra konkret tədbirlər görəcəyik”.

M.Qəmbərov bildirib ki, dənizə qan axıdan şəxslər barəsində nazirlik tərəfindən xüsusi tədbirlər görüləcək: “Həmin şəxslər barəsində İnzibati xəta haqqında protokol tərtib olunacaq. Və həmin insanlar, fiziki və ya hüquqi şəxslər, bizə verilən səlahiyyət çərçivəsində öz cəzasını alacaqlar. Onlar barəsində cərimə qərarı tətbiq olunacaq. Bunu edən insanlar qanmalıdırlar ki, yağış suyu kollektorlarına özbaşına müdaxilə etmək olmaz”.

Xatırladaq ki, ötən gün səhər saatlarında yeni salınan bulvar ərazisindən Xəzər dənizinə qırmızı axıntılar müşahidə edilib. Bu proses səhər saat 7-dən 8-ə kimi davam edib.


Teqlər:





Xəbər lenti