Ötən il ümumi daxili məhsul istehsalı azalıb

Ötən il ümumi daxili məhsul istehsalı azalıb
  18 Yanvar 2021    Oxunub:2403
2020-ci ildə ölkədə 72 milyard 432,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, neft-qaz sektorunda isə 7 faiz azalıb.

ÜDM istehsalının 33,7 faizi sənaye, 11,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7262,8 manata bərabər olub.

Azvision.az


Teqlər: ÜDM   Statistika  





Xəbər lenti