Daha bir intihar

Daha bir intihar
  16 Fevral 2014    Oxunub:1113
Qax sakini canına qıydı.
AzVision.az xəbər verir ki, Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ləkit kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü kənd sakini Hacıyev Hafiz Bədrəddin oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Qax RPŞ-dən bildirilib ki, Hafiz Hacıyev evli olub və son illər əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ölkənin şimal-qərb bölgəsində fevral ayı ərzində baş vermiş dördüncü intihar hadisəsidir.


Teqlər:





Xəbər lenti