Salyanda maşın kanala düşdü, sürücü öldü
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1949-cu il təvəllüdlü Məhərrəmov Mais Sandalı oğlunun deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində boğularaq, həlak olması məlum olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, cəsədi isə aidiyyəti üzrə təhvil veriblər.
Teqlər: