Azərbaycanın Belarusla ticarət dövriyyəsi artıb

  17 Yanvar 2021    Oxunub : 1098
Azərbaycanın Belarusla ticarət dövriyyəsi artıb
2020-ci ildə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu göstərici 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il ərzində Belarusdan Azərbaycana ixracın dəyəri 148,2 milyon dollar, ölkəmizdən Belarusa isə 165 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları keçib.

Azvision.az

Teqlər: Belarus   Ticarət