Göyçayda qəza: 1 polis yaralandı

Göyçayda qəza: 1 polis yaralandı
  16 Fevral 2014    Oxunub:1529
Hadisə bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.
Göyçay rayonunda iki minik maşını toqquşub, biri polis olmaqla iki nəfər xəsarət alıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı 1967-ci il təvəllüdlü Salmanov Habil Sabir oğluna məxsus “VAZ 2109” markalı minik maşını qarşı tərəfdən gələn Göyçay şəhərinin Vaqif küçəsi 91 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Həsrətov Bağır Arif oğlunun idarə etdiyi “VAZ 2109” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti