Xacmazın kənd yolları abadlasdırılır - VİDEO

Xacmazın kənd yolları abadlasdırılır - VİDEO
  15 Fevral 2014    Oxunub:1756
Xaçmazın Ağyazı, Çiləgir, Uzunoba və Palçıqoba kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yollarına təmir işləri aparılır.
AzVision.az RTV-yə istinadən xəbər verir ki, Xaçmazın Çiləgir kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda təmir işlərinə başlanılıb. Ümumi uzunluğu 3.5 km-lik yol genişləndirilib. Ərazidə çınqıl örtüyünün bərpası həyata keçirilir. Yolda yenidənqurma işlərini aparmaq üçün əraziyə müxtəlif təyinatlı texnikalar gətirilib. Sakinlər kəndin yol probleminin aradan qaldırılmasının əhəmiyyətli olduğunu qeyd edib.

Palçıqoba kəndi rayon mərkəzi ilə birləşdirən 1 km-lik yoldakı təmir işlərinə 1 həftə öncə başlanılıb. Yolda genişləndirmə işləri aparılıb.

Xaçmaz 5 saylı Yol İstismar İdarəsi tərəfindən Xaçmazın Uzunoba kəndində 3.2, Ağyazıda isə 2 km-lik avtomobil yollarında təmir işləri artıq yekunlaşıb. Hava şəraiti mülayimləşəndən sonra hər iki kənd yolunun asfaltlanmasına başlanılacaq. İdarənin baş mühəndisi Məmmədşah Hacımuradov bildirir ki, aparılan kompleks işlərə 15-dən artıq müxtəlif texnika və canlı qüvvə cəlb olunub.

Xaçmaz 5 saylı Yİİ-si ümumilikdə 400 km-lik yola xidmət göstərir. Bu yolların 109 km-i respublika, 291 km-i isə yerli əhəmiyyətlidir.




Teqlər:





Xəbər lenti