`Duz gölü`ndə fahişəxana

`Duz gölü`ndə fahişəxana
  15 Fevral 2014    Oxunub:1307
Novxanıda kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.
Novxanı qəsəbəsinin ərazisində yerləşən “Duz-gölü” kafesində fahişəxana aşkarlanıb. AzVision.az xəbər verir ki, ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hacıqabul rayon sakini Əmrah Kazımovun Novxanı qəsəbəsinin ərazisində yerləşən kafedə gəlir əldə etmək məqsədilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Digər bir fahişəxana isə Səlyan yolunda aşkarlanıb. Salyan rayon sakini Səkinə Məmmədovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Qeyd edək ki, hər iki fakt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti