Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı
  15 Yanvar 2021    Oxunub:1885
Naxçıvanda cari ilin ilk ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Fond tərəfindən muxtar respublika üzrə 2021-ci ilin ilk ayının pensiya vəsaitlərinin pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşıb. Əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə pensiyaçılara çatdırılıb.

Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər hal-hazırda davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti