Qlobal neft tələbatı 6,5 faiz artacaq

Qlobal neft tələbatı 6,5 faiz artacaq
  14 Yanvar 2021    Oxunub:1757
2021-ci ildə qlobal xam neft tələbatı ötən ilə görə 5 milyon 900 min barrel (6,5 faiz) artaraq sutkada 95 milyon 910 min barrel təşkil edəcək.
Azvision.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Bildirilir ki, il ərzində OPEC-ə üzv ölkələrin neft tələbatı isə keçən ilə nisbətən 5 milyon barrel çoxalaraq gündəlik 27 milyon 200 min barrel olacaq.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti